Yuxarı

​Qazaxıstan, Rusiya və Belarus prezidentlərinin görüş tarixi açıqlanıb

Bir müddət öncə onların martın 13-də Astanada görüşəcəyi bildirilmişdi

Bakı. 16 mart. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursulatn Nazarbayev, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko martın 20-də Qazaxıstanın paytaxtı Astanada görüşəcək.

"Report" "newskaz"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan prezidenti mətbuat xidmətinin başçısı Dauren Abayev bildirib.

Onun sözlərinə görə, görüş vaxtının dəyişdirilməsi "hər üç dövlət liderinin iş qrafikinin sıxlığı" ilə əlaqədardır.

Xatırladaq ki, bir müddət öncə onların martın 13-də Astanada göürşəcəyi bildirilmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi