Yuxarı

Qazaxıstan prezidentinin keçmiş kürəkəni intihar edib

Bir müddət əvvəl ona qarşı qətl törətməkdə ittiham irəli sürülüb

Bakı. 24 fevral. REPORT.AZ/  Qazaxıstan prezidentinin keçmiş kürəkəni Rahat Əliyev intihar edib. O, qətldə şübhəli bilinərək Vyanada həbsxanada idi. "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, Bu barədə Avstriya Məhkəməsinin mətbuat katibi bildirib. "O, özünə qəsd edib", - məhkəmədən deyiblər. 

Bir müddət əvvəl bildirilib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəninə qarşı qətl törətməkdə ittiham irəli sürülüb. Prokuror qeyd edib ki, şübhəli şəxs qismində R.Əliyevin adı Qazaxıstanda 2 bank menecerinin qətli ilə bağlı cinayət işində hallanırdı. 

Qazaxıstanda R.Əliyev müxalifətdə olan siyasətçi Altınbek Sarsenbayevin qətlinin sifariş verilməsində şübhəli bilinir. Onu sürücüsü və mühafizəçisi ilə birgə 2006-cı il fevral ayının 11-də oğurlayaraq, qətlə yetiriblər.

Qazaxıstanın Avstriyadakı səfirliyi R.Əliyevin ölümü ilə bağlı heç bir məlumatının olmadığını bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi