Yuxarı
    Bağlamaq

    Qazaxıstan prezidentinin 75 yaşı tamam olub

    Nursultan Nazarbayev 26 ildir ölkəyə rəhbərlik edir

    Bakı. 6 iyul. REPORT.AZ/ Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin anadan olmasının 75 ili tamam olur.

    "Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.

    Nursultan Abişeviç Nazarbayev 1940-cı il iyulun 6-da Almatı vilayəti Kaskelen rayonunun Çemolqan kəndində anadan olub.

    O, 1979-1984-cü illərdə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1984-1989-cu illərdə Qazaxıstan SSRİ Nazirlər Sovetinin sədri, 1989-1991-ci illərdə isə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub. 

    N.Nazarbayev 1991-ci il dekabrın 1-dən Qazaxıstan prezidentidir.

    Xanımı Sara Alpısovna "Bobək" Beynəlxalq Uşaq Fondunun yaradıcısı və prezidentdir. Habelə "SOS - Qazaxıstan uşaq kəndi" Fondunun rəhbəridir.

    Nursultan Nazarbayevin 3 qızı var - Dariqə (1963-cü ildə anadan olub), Dinara (1967) və Aliyə (1980).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi