Qazaxıstan prezidenti: "Latın əlifbasına keçidi gecikdirmək üçün heç bir səbəb yoxdur"

Qazaxıstan prezidenti: "Latın əlifbasına keçidi gecikdirmək üçün heç bir səbəb yoxdur" Nursultan Nazarbayev: "Alimlərimiz qonşularımızın təcrübəsi əsasında əlifbanı hazırlaya bilər"
Region
23 İyun , 2017 11:43
Qazaxıstan prezidenti: Latın əlifbasına keçidi gecikdirmək üçün heç bir səbəb yoxdur

Bakı. 23 iyun. REPORT.AZ/ Qazax dilinin latın əlifbasına keçidi prosesini gecikdirmək üçün heç bir səbəb yoxdur.

"Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

"Fərmanda son tarix kimi 2025-ci ili göstərmişəm, amma məncə, bu prosesi uzatmaq üçün heç bir səbəb yoxdur. Alimlərimiz əlifbanı Türkiyə, qonşularımız, artıq latın qrafikasına keçmiş Azərbaycan, Özbəkistan təcrübəsi əsasında hazırlaya bilər. Onların çatışmazlıqlarını nəzərə alaraq, öz əlifbamızı yaratmalıyıq. Bu, çətin olmayacaq. Çünki 1-ci sinifdən bütün uşaqlara ingilis dili tədris olunur, bizə çətin olmamalıdır", - Qazaxıstan prezidenti deyib.

Xatırladaq ki, Qazaxıstanda latın əlifbasına keçid prosesinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi