Qazaxıstan prezidenti hökumətə müvəqqəti başçı təyin edib

Qazaxıstan prezidenti hökumətə müvəqqəti başçı təyin edib Baş nazir Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub
Region
8 Sentyabr , 2016 15:30
Qazaxıstan prezidenti hökumətə müvəqqəti başçı təyin edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtjan Saqintayevin müvəqqəti baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezidentin fərmanına əsasən, baş nazir Kərim Masimov Kajimkanoviç Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib.

Milli Təhlükəsizlik Komitəsinin sədri Vladimir Zeynaloviç Jumakanov isə Qazaxıstan prezidentinin müşaviri təyin edilib.
Senat Kərim Masimovun Mİlli Təhlükəsizlik Komitəsinin naziri təyin edilməsi haqqında fərmanı təsdiqləyib.

Bakıtjan Saqintayev Abdiroviç baş nazirin birinci müavinidir.

"Kazinform" Qazaxıstanın baş nazir Kərim Masimov da daxil olmaqla, sentyabrın 9-da hökumətin istefa verəcəyi haqqında məlumat yayıb.

Məlumata əsasən, sentyabrın 9-da ölkə prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Nazirlər Kabinetinin genişləndirilmiş iclası keçiriləcək.

Xatırladaq ki, Kərim Masimov birinci dəfə 2007-2012-ci illərdə baş nazir olub. O, 2012-2014-cü illərdə Qazaxıstan prezidenti adminstrasiyasının rəhbəri vəzifəsində işləyib. 2014-cü ilin aprelindən yenidən Nazirlər Kabinetinə başçılıq etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi