​Qazaxıstan prezidenti: "Hökumət və parlamentin səlahiyyətləri artırılmalıdır"

​Qazaxıstan prezidenti: "Hökumət və parlamentin səlahiyyətləri artırılmalıdır" Nursulatn Nazarbayev: "Hakimiyyətin bütün qurumları ildə iki dəfə əhali qarşısında hesabat verməlidir"
Region
29 May , 2015 13:00
​Qazaxıstan prezidenti: Hökumət və parlamentin səlahiyyətləri artırılmalıdır

Bakı. 29 may. REPORT.AZ/ "Yəqin ki, parlamentin və hökumətin səlahiyyətlərinin artırılması vaxtı çatıb".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Nursultan Nazrbayev MDB hökumət başçılarının ölkəsində keçirilən toplantısında bildirib: "Bizdə (MDB-ni nəzərdə tutur- "REPORT") hələ də prezident hakimiyyətidir. Orta təbəqənin iqtisadi inkişafını təmin etmək üçün prezident hakimiyyətini azaldıb, hökumət və parlamentin səlahiyyətlərini artırmaq lazımdır. Biz bu istiqamətdə fəaliyyət göstəririk".

N.Nazarbayev qeyd edib ki, hakimiyyət vətəndaşlarla daha sıx işləməlidir. Onun fikrincə, hakimiyyətin bütün qurumları ildə iki dəfə əhali qarşısında hesabat verməlidir.

Son xəbərlər

Orphus sistemi