Yuxarı
    Bağlamaq

    Qazaxıstan prezidenti: “Gənclərin qısa şalvar, qızların qara paltar geyinməsi qanunla qadağan olunmalıdır”

    Nursultan Nazarbayev: “Əsl müsəlman geyimi ilə fərqlənmir”

    Bakı. 20 aprel. REPORT.AZ/ “Qısa balaq şalvarların geyinilməsi və saqqal saxlamaq bizim xalqımıza, adət-ənənələrimizə uyğun deyil və bu məsələ qanunvericilik səviyyəsində həll edilməlidir”.

    “Report” “CA-NEWS”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsinin Müsəlman Dini İdarəsinin nümayəndləri ilə görüşdə bildirib.

    O, gənc nəsilin dini cəhətdən savadsızlığına diqqət çəkib: “Dini cəhətdən savadsızılığa görə gənclərimiz saqqal saxlayır, şalvarlarının balağını kəsirlər. Qazaxıstanda qara rəngli paltar geyinən qızalrın da sayı artır. Bu, bizim adət-ənənələrimizə və xalqımıza uyğun deyil. Bunların qadağan edilməsini qanunvercilik səviyyəsində həll etmək lazımdır. Qazaxlar qara rəngli paltarı yas mərasimində geyinirlər. Gənclərimiz öz xalqına qarşı yad olacaqsa, onda dövlətimizin halı necə olar? Biz buna yol verməyəcəyik."

    Prezident N.Nazarbayev diqqətə çatdırıb ki, müstəqil Qazaxıstanın gələcəyi aydın olmalıdır: "Millətimiz bir, ölkəmiz dünyəvi olub, daha güclü inkişaf etməlidir. Bu məqsədlərə qarşı çıxanların hərəkətinə biz dözməyəcəyik. Bu, yalnız Qazaxıstanın dövlət aparatının deyil, bu, bütün Qazaxıstan xalqının, onun gələcəyinin maraqlarının təmin edilməsi üçün vacibdir. Əsl müsəlman geyimi ilə fərqlənmir. Onu başqalarından daxili dünyası fərqləndirir. Əgər insanın ürəyində sevgi varsa, deməli onun imanı var”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi