Qazaxıstan prezidenti avqustun 5-də Türkiyəyə səfər edəcək

Qazaxıstan prezidenti avqustun 5-də Türkiyəyə səfər edəcək Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq
Region
4 Avqust , 2016 18:00
Qazaxıstan prezidenti avqustun 5-də Türkiyəyə səfər edəcək

Bakı. 4 avqust. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 5-də Türkiyəyə rəsmi səfər edəcək. 

"Report" Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. 

Məlumata görə, Ankarada Türkiyə və Qazaxıstan prezidentləri arasında təkbətək və geniştərkibli görüş keçiriləcək, ikitərəfli əlaqələrin və əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsi, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyəti, regional və beynəlxalq məsələlər müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi