Qazaxıstan prezidenti Almatıda baş verənləri terror hadisəsi adlandırıb

Qazaxıstan prezidenti Almatıda baş verənləri terror hadisəsi adlandırıb Nazarbayev: "Hadisə nəticəsində ölən və xəsarət alanların yaxınlarına müvafiq psixoliji və maddi yardım göstərmək lazımdır"
Region
18 İyul , 2016 17:41
Qazaxıstan prezidenti Almatıda baş verənləri terror hadisəsi adlandırıb

Bakı. 18 iyul. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Almatıda baş verən atışmanı terror aktı adlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

"Bu gün Almatıda terror aktı baş verib. Təəssüf ki, terror yenə insan itkisi ilə nəticələnib. Hadisə nəticəsində ölən və xəsarət alanların yaxlnlarına başsağlığı verirəm, səbr diləyirəm. Onlara müvafiq psixoliji və maddi yardım göstərmək lazımdır", - deyə mətbuat xidməti Milli Təhlükəsizlik Şurasının müşavirəsində çıxış edən N.Nazarbayevin sözlərini çatdırıb.

Son xəbərlər

Orphus sistemi