​Qazaxıstan parlamenti Türkmənistanla Xəzərin dibinə dair müqaviləni təsdiqləyib

​Qazaxıstan parlamenti Türkmənistanla Xəzərin dibinə dair müqaviləni təsdiqləyib İki ölkə arasında məsələyə dair danışıqlar 2003-cü ildə başlayıb
Region
25 İyun , 2015 12:20
​Qazaxıstan parlamenti Türkmənistanla Xəzərin dibinə dair müqaviləni təsdiqləyib

Bakı. 25 iyun. REPORT.AZ/ Qazaxıstan parlamentinin Yuxarı Palatası Xəzərin dibinin bölünməsi haqda Qazaxıstanla Türkmənistan arasında razılaşmanı təsdiqləyib.

"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.

Sənədin imzalanmasında məqsəd Xəzərdəki təbii sərvətlərdən hər iki dövlətin istifadəsinə əlverişli hüquqi şərait yaratmaqdır.

İki ölkə arasında məsələyə dair danışıqlar 2003-cü ildə başlayıb.

Müqavilə 2014-cü il dekabrın 2-də Aşqabadda yekunlaşıb.

Azərbaycanla bu istiqamətdə razılaşma beynəlxalq müqavilə ilə tənzimlənəcək.

Son xəbərlər

Orphus sistemi