Qazaxıstan parlamenti Ermənistanın AİB-ə qoşulması haqqında qanun layihəsini təsdiq edib

Qazaxıstan parlamenti Ermənistanın AİB-ə qoşulması haqqında qanun layihəsini təsdiq edib Ermənistan Avrasiya İqtisadi Birliyi haqqında müqavilədə nəzərdə tutulan öhdəlikləri öz üzərinə götürür
Region
18 Dekabr , 2014 10:45
Qazaxıstan parlamenti Ermənistanın AİB-ə qoşulması haqqında qanun layihəsini təsdiq edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Qazaxıstanın parlamenti Majilis (aşağı palata) "Ermənistan Respublikasının Avropa İqtisadi Birliyi (AİB) haqqında 29 may 2014-cü il tarixli Müqaviləyə qoşulması haqqında Müqavilənin ratifikasiyası haqqında" qanun layihəsini təsdiq edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstan milli iqtisadiyyat naziri Erbolat Dosayev xatırladıb ki, müqavilənin qüvvəyə minəcəyi gündən etibarən Ermənistan Avropa İqtisadi Birliyinin üzvü olur və Avrasiya İqtisadi Birliyi haqqında müqavilə və AİB  müqavilə-hüquq bazası ilə  nəzərdə tutulan öhdəlikləri öz üzərinə götürür.

"Ermənistanın Avropa İqtisadi Birliyinə qoşulması böyük rol oynayır, çünki biz Ermənistanla əməkdaşlıq edirik, və bizim bu əməkdaşlığımız iki ölkə arasında iqtisadi inkişafa səbəb olur. Ermənistanın AİB-ə qoşulması sayəsində biz qanunverici maraqlarımızın inkişafını nəzərdə tuturuq", - Dosayev qeyd edib.

Son xəbərlər

Orphus sistemi