​Qazaxıstan vətəndaşı ilk dəfə kosmosa uçacaq

​Qazaxıstan vətəndaşı ilk dəfə kosmosa uçacaq ABŞ astronavtı Sara Braytman ailə vəziyyəti ilə əlaqədar sentyabrın 1-nə nəzərdə tutulan bu uçuşda iştirakdan imtina edib
Region
2 İyun , 2015 17:04
​Qazaxıstan vətəndaşı ilk dəfə kosmosa uçacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Qazaxıstan kosmonavtı Aydın Aimbetov Beynəlxalq Kosmik Stansiyaya uçuşa hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Milli Aerokosmik Komitəsi sədrinin müavini Meirbek Moldabekov deyib.

Qazaxıstan baş nazirinin müavini Bakıtcan Saqintayev rusiyalı həmkarı Dmitri Roqozinlə keçirdiyi brifinqdə deyib ki, kosmonavtın Beynəlxalq Kosmik Stansiyaya uçması ilə bağlı texniki məsələ Rusiya tərəfi ilə razılaşdırılıb: "Bundan sonra uçuşun gerçəkləşdirilməsinin tarixi təyin ediləcək".

Məlumatda qeyd edilib ki, Aydın Aimbetovun uçuş hazırlığı 2009-cu ildən Qazaxıstanda həyata keçirilirdi, ancaq maliyyə probleminə görə bir müddət təxirə salınmışdı.

Qazaxıstan baş nazirinin müavini bildirib ki, həmin dövrdə elmi proqram hazırlanmışdı: "İndi onu gerçəkləşdirmək olar. Kosmonavtın hazırlığı da başa çatıb".

Xəbərə görə, ABŞ astronavtı Sara Braytman ailə vəziyyəti ilə əlaqədar sentyabrın 1-nə nəzərdə tutulan bu uçuşda iştirakdan imtina edib.

Rusiya Federal Kosmik Agentliyi bildirib ki, Beynəlxalq Kosmik Stansiyaya "Soyuz TMA-18M" kosmik gəmisi ilə britaniyalı müğənninin uçması məsələsi hələlik həll edilməyib.

Xatırladaq ki, Qazaxıstanın ilk, SSRİ-nin sonuncu kosmonavtı Toktar Onqarbayeviç Əbubakirovdur. O, 1991-ci il oktyabrın 2-də kosmosa sovet kosmonavtı Aleksandr Volkov və Avstriya kosmonavtı Frants Fibyyöklə birlikdə "Soyuz TM-13" kosmik gəmisində kosmonavt-araşdırmaçı kimi uçub. 

Son xəbərlər

Orphus sistemi