Qazaxıstan Milli Bankı: Neftin qiymətinin düşməsi təqdirində təngənin kursunun yenidən balanslaşdırılması mümkündür

Qazaxıstan Milli Bankı: Neftin qiymətinin düşməsi təqdirində təngənin kursunun yenidən balanslaşdırılması mümkündür Dekabrın əvvəlindən bəri təngənin kursu 18 % aşağı düşüb
Region
22 Dekabr , 2015 11:58
Qazaxıstan Milli Bankı: Neftin qiymətinin düşməsi təqdirində təngənin kursunun yenidən balanslaşdırılması mümkündür

Bakı. 22 dekabr. REPORT.AZ/ "Qazaxıstan Milli Bankı məzənnəyə maneə yaratmır. Neftin qiyməti barelinin dəyəri 30 dollardan aşağı səviyyəyə düşsə, rublun dollara olan kursu 10 faizdən çox zəifləsə, təngənin kursunun yenidən balanslaşdırılması mümkündür".

"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev deyib.

Onun sözlərinə görə, dekabr ayında təngənin məzənnəsinin zəifləməsi istiqamətində təzyiqlər artıb, əsas səbəblərdən biri isə neftin qiymətinin sürətlə aşağı düşməsidir.

Qeyd edək ki, dekabrın əvvəlindən bəri təngənin kursu 18 % aşağı düşüb.

Son xəbərlər

Orphus sistemi