Yuxarı
    Bağlamaq

    ​Qazaxıstan əhalisinin sayı açıqlanıb

    2014-cü ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 254,6 min nəfər, yaxud 1,7 faiz artıb

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu il avqustun 1-də Qazaxıstan əhalisinin sayı 17 milyon 563 nəfər olub.

    "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, 2014-cü ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 254,6 min nəfər, yaxud 1,7 faiz artıb.

    Şəhər əhalisinin sayı 9 milyon 983,2 min (56,8 faiz), kənd əhalisinin sayı isə 7 milyon 580,1 min (43,2 faiz) təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi