Qazaxıstan DİN əməkdaşları Almatıda polisə hücumda şübhəli bilinən ikinci şəxsi saxlayıb

Qazaxıstan DİN əməkdaşları Almatıda polisə hücumda şübhəli bilinən ikinci şəxsi saxlayıb DİN: Şəhərdə vəziyyət sabitdir və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır
Region
18 İyul , 2016 17:45
Qazaxıstan DİN əməkdaşları Almatıda polisə hücumda şübhəli bilinən ikinci şəxsi saxlayıb

Bakı. 18 iyul. REPORT.AZ/ Qazaxıstan Daxili İşlər Nazirliyi (DİN) Almatıda polisə hücumda şübhəli bilinən ikinci şəxsi saxladığını bildirib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"DİN orqanlarının əməkdaşları tərəfindən Almatıda rayon polis bölməsinə daxil olmağa çalışan cinayətkarın yanında olan şəxsin kimliyini müəyyənləşdirilib və o, həbs edilib. Onun bu cinayət əməlində mümkün iştirakı araşdırılır. Postda keşikçidən oğurlanmış avtomat silah aşkar edilərək müsadirə olunub", - Qazaxıstan DİN-in mətbuat xidməti açıqlayıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, şəhərdə vəziyyət sabitdir və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır, şəhərin müxtəlif yerlərində atışma getməsi haqqında məlumatlar isə həqiqətəuyğun deyil.

Xatırladaq ki, daha əvvəl şəhər rəsmiləri sakinlərə evlərini tərk etməmək barədə tövsiyə vermişdi.

Son xəbərlər

Orphus sistemi