Qazaxıstan DİN: Arısda silah-sursatın partlama təhlükəsi hələ də qalır

Qazaxıstan DİN: Arısda silah-sursatın partlama təhlükəsi hələ də qalır Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında yanğın və sonradan partlayışların olduğu hərbi hissənin ərazisində yanğın səngisə də, partlayış təhlükəsi qalır.
Region
25 İyun , 2019 11:48
Qazaxıstan DİN: Arısda silah-sursatın partlama təhlükəsi hələ də qalır

"Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında yanğın və sonradan partlayışların olduğu hərbi hissənin ərazisində yanğın səngisə də, partlayış təhlükəsi qalır".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər nazirinin müavini Yuri İlyin brifinqdə bildirib.

Onun sözlərinə görə, səhər saatlarında yanğın olan yerlər hərbi PUA-lar vasitəsilə araşdırılıb: "Dünən bütün sakinləri təxliyyə olunan Arıs şəhəri hazırda mühasirəyə alınıb, partlayışdan sonra küçələrə düşən və partlamamış sursatlar olduğundan şəhərə heç kim buraxılmır.

Nazir müavini deyib ki, şəhəri, təxminən, 41 min sakin tərk edib, onlardan 39 mini könüllü şəkildə, 2815 nəfər isə məcburi təxliyyə ilə şəhərdən ayrılıb.

Qeyd edək ki, iyunun 24-də Arıs şəhərindəki hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində iki nəfər - bir hərbçi və maşınına mərmi düşən bir mülki vətəndaş ölüb. Qazaxıstan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, partlayışlardan sonra 165 nəfər tibbi yardım almaq üçün müraciət edib, onlardan 89 nəfəri xəstəxanaya yerləşdirilib, 15 nəfər reanimasiyadadır. 

Son xəbərlər

Orphus sistemi