Qazaxıstan 2019-cu ilə qədər neft məhsullarının idxalından imtina etmək niyyətindədir

Qazaxıstan 2019-cu ilə qədər neft məhsullarının idxalından imtina etmək niyyətindədir Nazir: "Qazaxıstandakı üç NEZ-in modernizasiyasından sonra neft emalı həcmi ildə 17,5 milyon tona çatacaq"
Region
1 Mart , 2017 11:19
Qazaxıstan 2019-cu ilə qədər neft məhsullarının idxalından imtina etmək niyyətindədir

Bakı. 1 mart. REPORT.AZ/ Qazaxıstandakı üç neft emalı zavodunun yenidən qurulmasından sonra ölkədə neft emalının həcmi ildə 17,5 milyon tona çatacaq və özünün neft məhsulları ölkəni tam təmin edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev nazirliyin kollegiyasında çıxışında bildirib.

"Dövlət başçısı müraciətində neft emalının həcmini artırmağa xüsusi diqqət göstərilməsini tapşırıb. 3 zavodu tam müasir şəkildə təmir edib istifadəyə verdikdən sonra 2019-cu ildə neft emalı həcmi ildə 14,5 milyon tondan 17,7 milyon tona qədər artacaq", - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi