Astanada ​Qazax xanlığının yaranmasının 550 illiyinə həsr edilən tədbir keçirilir

Astanada ​Qazax xanlığının yaranmasının 550 illiyinə həsr edilən tədbir keçirilir Bu gün Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti də olacaq
Region
11 Sentyabr , 2015 11:43
Astanada ​Qazax xanlığının yaranmasının 550 illiyinə həsr edilən tədbir keçirilir

Bakı. 11 sentyabr. REPORT.AZ/ Astanada Müstəqillik Sarayında Qazax xanlığının yaranmasının 550 illiyi ilə bağlı təntənəli tədbirin açılış mərasimi başlayıb.

"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.

Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, ölkə Senatı və Məclisinin deputatları, habelə beynəlxalq təşkilatların, elm və incəsənət sahələrinin təmsilçiləri iştirak edir.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti keçiriləcək. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Qazaxıstana işgüzar səfərə gedib.

Son xəbərlər

Orphus sistemi