Yuxarı

Qazaxıstan Xəzər azad ticarət zonasını yaratmağı təklif edib

Nazarbayev: Dünya bazarının vəziyyətini nəzərə alaraq, ölkələrimizin iqtisadiyyatını yaxınlaşdırmaq imkanını müzakirə edə bilərik

Bakı. 29 sentyabr. REPORT.AZ/ Qazaxıstan Xəzər azad ticarət zonasının yaradılması məsələsinin müzakirəyə çıxarılmasını təklif edib. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı dövlətlərin IV Sammitində geniş tərkibli iclası zamanı bildirib. 

"Dünya bazarının vəziyyətini nəzərə alaraq, ölkələrimizin iqtisadiyyatını yaxınlaşdıra, qarşılıqlı ticarət imkanlarını müzakirə edə bilərik. Bununla yanaşı, Xəzərin hüquqi statusunun həll olunmasına qədər qarşılıqlı iqtisadi fəaliyyət üçün zəmin yaratmaq olar. Xəzər azad ticarət zonasını yaratmaq məsələsini müzakirə etməyi təklif edirəm", - deyə N.Nazarbayev bəyan edib. Onun sözlərinə görə, bu məsələ Xəzəryanı ölkələrin hökumətləri səviyyəsində ilk müzakirə mövzusu ola bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi