Yuxarı

Qars qalasında iki il aradan sonra yenidən Türkiyə bayrağı ucalacaq

Qars qalasında Yerevandan da görünəcək Türkiyə bayrağı ucalacaq

Bakı. 6 sentyabr. REPORT.AZ/ Türkiyənin şərq vilayətlərinin ən hündür bayraq dirəyinin yerləşdiyi Qars qalasında bu gün yenidən Türk bayrağı ucalacaq.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hündürlüyü 70 metr olan bayraq dirəyindəki texniki problemlər səbəbi ilə iki il əvvəl endirilən bayraq bu gün keçiriləcək mərasim zamanı yenidən Qars qalasının üzərində dalğalanacaq.

Qeyd edək ki, bu bayraq Yerevandan da rahatlıqla görünür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi