Yuxarı
    Bağlamaq

    Qardaşının pasportu ilə Rusiyaya qayıdan Azərbaycan vətəndaşı mühakimə olunacaq

    2018-ci ilə dək Rusiyaya daxil olması qadağan olunan gəncin məhkəmə qarşısına çıxarılacağı bildirilir

    Bakı. 1 avqust. REPORT.AZ/ Rəsmi qadağaya baxmayaraq Rusiyanın Voloqda vilayətinə qayıdan Azərbaycan vətəndaşı həbs olunub.

    "Report"un "Voloqda-Region" saytına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan 23 yaşlı azərbaycanlı Rusiyadan deportasiya olunsa da qardaşının pasportunu təqdim edərək bu ölkəyə geri qayıdıb.

    2018-ci ilə dək Rusiyaya daxil olması qadağan olunan gəncin məhkəmə qarşısına çıxarılacağı bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi