​Qardaşı oğlu Ermənistanın keçmiş prezidentinin ata evini girov qoyub

​Qardaşı oğlu Ermənistanın keçmiş prezidentinin ata evini girov qoyub Tiqran Ter-Petrosyan bukmeyker oyunları və qumar həvəskarıdır
Region
9 Oktyabr , 2015 12:36
​Qardaşı oğlu Ermənistanın keçmiş prezidentinin ata evini girov qoyub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın qardaşı oğlu Tiqran Ter-Petrosyan əmisinin ata evini girov qoyub.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Tiqran Ter-Petrosyan bukmeyker oyunları və qumar həvəskarıdır.

"Son illərdə o qumarxanada və bukmeyker kontorlarında böyük məbləğdə pul uduzub. Borclarını bağlamaq üçün Yerevandakı "Musaler" restoranını, ticarət mərkəzini, hətta Levon Ter-Petrosyanın ata evini belə girov qoyub", - deyə məlumatda vurğulanıb.

Xəbərə görə, Tiqran Ter-Petrosyanın borcluların əlindən qaçaraq, bir neçə aydır xarici ölkələrdən birinə sığınıb. 

Son xəbərlər

Orphus sistemi