Qara dəniz üzərində Rusiya hərbi təyyarəsinin qəzaya uğrama səbəbi açıqlanıb

Qara dəniz üzərində Rusiya hərbi təyyarəsinin qəzaya uğrama səbəbi açıqlanıb Hadisəyə ekipaj komandirinin yanlış hərəkətləri səbəb ola bilərdi
Region
31 May , 2017 23:42
Qara dəniz üzərində Rusiya hərbi təyyarəsinin qəzaya uğrama səbəbi açıqlanıb
Foto: RİA Novosti

Bakı. 31 may. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi "Tu-154" tipli təyyarənin Qara dəniz üzərində qəzaya uğraması ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisəyə ekipaj komandirinin yanlış hərəkətləri səbəb ola bilərdi.

"Araşdırmanın nəticələrinə görə müəyyən edilib ki, hadisəyə hava gəmisi komandirinin məkan səmtini (Relyef barədə məlumatlılıq) itirməsi səbəb ola bilər ki, bu da təyyarənin idarəetmə orqanları ilə səhv davranmasına gətirib çıxarıb", - deyə idarə qeyd edir.

Qəza nəticəsində təyyarədə olan 92 nəfərin hamısı ölüb.

Son xəbərlər

Orphus sistemi