​"Qanuni oğru" Ded Xasanın qətlinin istintaqı dayandırılıb

​"Qanuni oğru" Ded Xasanın qətlinin istintaqı dayandırılıb Bununla belə, şübhəli şəxslərin axtarışı davam etdirilir
Region
28 May , 2015 20:41
​Qanuni oğru Ded Xasanın qətlinin istintaqı dayandırılıb

Bakı. 28 may. REPORT.AZ/ "Qanuni oğru" Ded Xasanın qətli ilə bağlı cinayət işinə xitam verilib.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "İnterfax" xəbər yayıb.

Bununla yanaşı qeyd olunur ki, şübhəli şəxslərin axtarışı davam etdirilir.

"İstintaq qanun ilə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirdi, lakin bu bir nəticə vermədi və cinayət işinin açıldığı vaxtdan iki il keçəndən sonra müstəntiq Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq araşdırmanı dayandırdı", - deyə mənbə bildirib.

2013-cü ilin yanvarında cinayət aləminin lideri Moskvanın "Köhnə fayton" restoranının çıxışında snayperlə vurulub. Onun cinayət işində azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) də adı hallanırdı.

Son xəbərlər

Orphus sistemi