Qafqazlılar ​Moskvada kütləvi davada iştirak edib, 3 nəfər bıçaqlanıb

Qafqazlılar ​Moskvada kütləvi davada iştirak edib, 3 nəfər bıçaqlanıb Hadisə yerindən qaçan şəxslər polis tərəfindən axtarılır
Region
9 Mart , 2015 11:16
Qafqazlılar ​Moskvada kütləvi davada iştirak edib, 3 nəfər bıçaqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Moskvanın Brateyevo rayonunda baş verən kütləvi davada üç nəfər bıçaq yarası alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Moskvanın hüquq-mühafizə orqanları bildirib.

Məlumata görə, qarşıdurma Rusiya paytaxtının cənub-şərqində "Priçal" kafesində Qafqaz əsilli şəxslər arasında baş verib: "Dava-dalaşda 6 nəfər iştirak eidb. Onlardan ikisi və kafenin gözətçisi bıçaq yarası alıb".

Hadisə yerindən qaçan şəxslər polis tərəfindən axtarılır.

Son xəbərlər

Orphus sistemi