Putinlə Tramp arasında telefon danışığı olub

Putinlə Tramp arasında telefon danışığı olub Tərəflər iki ölkə arasında müansibətlərin gələcəyinə toxunublar
Region
14 Noyabr , 2016 23:50
Putinlə Tramp arasında telefon danışığı olub

Bakı. 14 noyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı ABŞ-ın yeni liderini prezident seçilməsi münasibəti ilə təbrik edib.

Vladimir Putin Donald Trampla telefon söhbətində ABŞ-ın yeni adminstrasiyası ilə tərəfdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Tərəflər iki ölkə arasında müansibətlərin gələcəyinə də toxunub, ABŞ-Rusiya münasibətlərinin normallaşması üzrə birgə işləməyin vacibliyindən danışıblar. 

Son xəbərlər

Orphus sistemi