Bakı. 14 iyul. REPORT/ Rusiya prezidenti Vladimir Putin iyulun 14-də Moskvada ABŞ-ın dövlət katibi Con Kerrini qəbul edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Putin iyulun 14-də günün ikinci yarısında Con Kerri və Sergey Lavrovu qəbul edəcək. Suriya, Ukrayna və ikitərəfli münasibətlərə dair məsələlər müzakirə ediləcək", - deyə Peskov vurğulayıb.