Putinlə Ərdoğan G20 sammitində görüşəcək

Putinlə Ərdoğan G20 sammitində görüşəcək Bu, ölkələr arasında münasibətlərin soyuqlaşmasından sonra ikinci rəsmi görüş olacaq
Region
3 Sentyabr , 2016 01:59
Putinlə Ərdoğan G20 sammitində görüşəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Çinin Qançjou şəhərində keçiriləcək G20 sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.

Məlumara görə bu, iki ölkə arasında münasibətlərin soyuqlaşmasından sonra baş tutacaq ikinci rəsmi görüş olacaq.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putin və Ərdoğan hər şeydən əvvəl Rusiya-Türkiyə əməkdaşlığının mərhələlər üzrə bərpası, ilk növbədə, qərarların yerinə yetirilməsinin gedişatını müzakirə etməyi planlaşdırırlar.

Bundan əlavə, birgə strateji layihələrin reallaşdırılması perspektivinin müzakirə edilməsi də planlaşdırılır. Bu, münasibətlərin soyumasından sonra sual altında qalmış birinci türk AES-i "Akkuyu"nun, habelə Qara dənizin dibi ilə çəkiləcək "Türk axını"nın qaz kəmərləri və qurğularını özündə ehtiva edir. 

Son xəbərlər

Orphus sistemi