Rusiya prezidentini təhqir edən gürcü jurnalist işdən azad olunub

Rusiya prezidentini təhqir edən gürcü jurnalist işdən azad olunub Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.
Region
8 İyul , 2019 18:57
Rusiya prezidentini təhqir edən gürcü jurnalist işdən azad olunub

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının aparıcısı Giorgi Qabunia iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə kanal rəhbərliyi qərar qəbul edib.

Qərara əsasən, G.Qabuniaya qarşı tətbiq olunan məhdidiyyət onun müəllifi və aparıcısı olduğu bütün proqramlara şamil olunub.

Qeyd edək ki, ötən gün G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstanda ciddi narazılıqlara səbəb olub.

Son xəbərlər

Orphus sistemi