Yuxarı
    Bağlamaq

    ​Putin: Yaraqlılarla Suriyada mübarizə aparmaq daha yaxşıdır, nəinki onların qayıdışını gözləmək

    Rusiya Suriya ərazisində heç bir qoşun əməliyyatlarında iştirak etməyəcək

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiya üçün keçmiş SSRİ məkanından olan yaraqlılarla Suriya ərazisində mübarizə aparmaq daha üstündür, nəinki onların geri qayıdışını gözləmək.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu amerikalı jurnalist Çarli Rouza CBS və PBS telekanalları üçün müsahibə verən Rusiya prezidenti Vladimir Putin bildirib.

    "Suriya ərazisində keçmiş Sovet İttifaqından olan iki mindən çox yaraqlı var. Onların geri qayıtması təhlükəsi var. O zaman onların bizə geri qayıdışını gözləməkdənsə, Əsədə Suriya ərazisində onlarla mübarizə aparmağa kömək etmək daha yaxşıdır", - deyə Rusiya prezidenti qeyd edib.

    Putin bildirib ki, bu, Rusiyanı Əsədə yardım göstərməyə sövq edən ən başlıca motivdir.

    Eyni zamanda, prezidentin sözlərinə görə, "Rusiya Suriya və ya başqa dövlətlərin ərazilərində heç bir qoşun əməliyyatlarında iştirak etməyəcək".

    "Hər ehtimala qarşı, bu gün biz bunu planlaşdırmırıq", - deyə Putin bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi