Putin: "Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyəti regionda təhlükəsizliyi möhkəmləndirəcək və iqtisadi inkişafa imkan yaradacaq"

Putin: "Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyəti regionda təhlükəsizliyi möhkəmləndirəcək və iqtisadi inkişafa imkan yaradacaq" Vladimir Putin Həştərxanda Xəzəryanı dövlətlərin sammitinin açılışında çıxış edib
Region
29 Sentyabr , 2014 16:58
Putin: Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyəti regionda təhlükəsizliyi möhkəmləndirəcək və iqtisadi inkişafa imkan yaradacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Xəzər dənizi - beş Xəzəryanı dövlətlərin strateji irsidir, onların qarşılıqlı fəaliyyəti regionda təhlükəsizliyi möhkəmləndirəcək və iqtisadi inkişafa imkan yaradacaq".

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Həştərxanda Xəzəryanı dövlətlərin sammitinin açılışında bəyan edib.

"Dövlətlərimizin əməkdaşlığı regional sabitliyin möhkəmlənməsinə, eləcə də terrorizm, ekstremizm, narkotiklərin dövriyyəsi və digər təhlükələrlə mübarizədə effektivliyin artırılmasına kömək edəcək, dövlətlər arasında iqtisadi inkişafa müsbət dinamika verəcək, dünya bazarlarında rəqabət qabiliyyətini artıracaq. Xəzər regionu sülh və mehriban qonşuluq məkanıdır. Bu sabitliyin əsasında Xəzəryanı dövlətlərin, onların xalqlarının və rəhbərlərinin Xəzər dənizi ilə bağlı bütün məsələlərə, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, ətraf mühitin qorunması ilə bağlı məsələlərə ehtiyatlı və düşünülmüş münasibəti yer alır" - deyə, Putin bildirib.

V.Putin qeyd edib ki, tərəflər sammitdə siyasi bəyanat qəbul etmək niyyətindədirlər. Həmin bəyanat Xəzərin hüquqi statusu haqqında gələcəkdə qəbul olunacaq konvensiyanın əsasını təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi