Putin-Obama görüşündə müzakirə olunan məsələlər açıqlanıb

Putin-Obama görüşündə müzakirə olunan məsələlər açıqlanıb Dmitri Peskov: "Görüş yaxşı keçib"
Region
5 Sentyabr , 2016 10:54
Putin-Obama görüşündə müzakirə olunan məsələlər açıqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ "ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin hər şeydən əvvəl Ukrayna və Suriya ilə bağlı məsələləri müzakirə edib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, görüş yaxşı keçib: "Bu istiqamətdə işlər davam edəcək".

D.Peskov qeyd edib ki, iki prezident arasında keçirilən təkbətək görüşün müddəti planlaşdırıldığından daha çox sürüb.

Xatırladaq ki, Çində keçirilən "İyirmilik" sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama görüşüb.

Son xəbərlər

Orphus sistemi