Putin və Ərdoğan Soçidə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyəti müzakirə edəcək

Putin və Ərdoğan Soçidə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyəti müzakirə edəcək Sabah Türkiyə prezidenti Rusiyaya səfər edəcək
Region
2 May , 2017 21:47
Putin və Ərdoğan Soçidə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyəti müzakirə edəcək

Bakı. 2 may. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə hərbi-texniki əməkdaşlıq, həmçinin Suriyadakı vəziyyət də daxil olmaqla beynəlxalq məsələləri müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Sabah Türkiyə prezidenti Soçiyə gələcək, həmçinin olduqca vacib danışıqlar aparılacaq", - deyə Peskov bildirib.

Son xəbərlər

Orphus sistemi