Yuxarı
    Bağlamaq

    Putin və Ərdoğan Qətərlə bağlı vəziyyəti müzakirə edib

    Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub

    Bakı. 6 iyun. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı Qətərdə yaranmış vəziyyəti müzakirə ediblər.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunur ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

    "Qətər dövləti ilə bağlı yaranmış vəziyyət müzakirə olunub. Prezidentlər bütün maraqlı ölkələri Fars körfəzi regionunda sülh və sabitliyin qorunub saxlanması üçün güzəştli qərarların hazırlanması məqsədi ilə dialoqa çağırıblar", - deyə məlumatda bildirilir.

    Mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı, həmçinin qeyd olunub ki, Yaxın Şərqdəki kəskin böhran terror təhlükəsi ilə mübarizə işində beynəlxalq ictimaiyyətin birgə və sıx əlaqələndirilmiş şəkildə işləməsini tələb edir.

    Bazar ertəsi Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək, onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviyanın şərq hissəsinin hakimiyyəti, Yəmən, həmçinin Maldiv və Mavrikiya da Qətərlə münasibətləri kəsdiyini elan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi