Yuxarı

​Putin və Ərdoğan iyulun sonu – avqustun əvvəlində görüşə bilər

Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib

Bakı. 3 iyul. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayib Ərdoğan iyulun sonu və ya avqustun əvvəlində görüşə bilərlər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib

"Putin və Ərdoğan iyulun sonunda və ya avqustun əvvəlində görüş keçirə bilərlər", — deyə NTV telekanalı Çavuşoğlunun sözlərini sitat gətirib.

Bundan əvvəl Türkiyənin XİN rəhbəri iki ölkə liderinin avqustda Soçidə görüşə biləcəklərini bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi