Yuxarı
    Bağlamaq

    Putin və Ərdoğan ərzaq tədarükünə qoyulan qadağanın aradan qaldırılmasını müzakirə ediblər

    İki iş rejimi var – biri əsaslı, digəri texniki məsələdir

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiya tərəfindən Türkiyə məhsullarına tətbiq edilən ərzaq embarqosunun tədricən aradan qaldırılması Türkiyə və Rusiya prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdə müzakirə olunub.

    "Report" xəbər verir ki, bu barədə jurnalistlərə görüşdə iştirak edən Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev məlumat verib.

    "Biz hazırda bu məhdudiyyətlərin aradan qaldırılması üzərində işləyirik. İki iş rejimi var – biri əsaslı, digəri texniki məsələdir. Embarqonun tətbiqindən demək olar ki, bir il ötüb. Biz Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac etməyə iddialı olan Türkiyə müəssisələrinin laboratoriyaların işləməsi üçün bizim keyfiyyət standartlarına cavab verdiklərinə əmin olmalıyıq", - deyə Ulyukayev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi