​Putin və Ərdoğan Bakıda "Türk axını" layihəsini müzakirə edə bilərlər

​Putin və Ərdoğan Bakıda "Türk axını" layihəsini müzakirə edə bilərlər Peskov: "Biz belə bir görüşün baş tutacağına ümid edirik"
Region
9 İyun , 2015 16:56
​Putin və Ərdoğan Bakıda Türk axını layihəsini müzakirə edə bilərlər

Bakı. 9 İyun. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Bakıda baş tutacaq görüşü zamanı "Türk axını" boru kəmərinin tikintisi müzakirə olunacaq. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz belə bir görüşün baş tutacağına ümid edirik. Prezidentlərin bir-biri ilə ünsiyyət qurmaq imkanları olacağına da ümidvaram. Əlbəttə, əgər zaman buna imkan verərsə, prezidentlər hər iki ölkənin gündəmində olan müəyyən iri layihələr haqqında da fikir mübadiləsi apara bilərlər", - Peskov deyib.

Onun sözlərinə görə, bazar ertəsi Putin və Ərdoğan arasında telefon danışığı baş tutub və energetika sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi