Yuxarı

Putin Türkiyəyə qarşı iqtisadi qadağaların tətbiq edilməsi haqqında fərman imzalayıb

Prezident bu fərmanla müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyub

Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezident bu fərmanla Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilmiş siyahı üzrə Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyub.

Sənədə görə, Rusiyada hökumət tərəfindən müəyyən edilmiş siyahı üzrə istehsalçı ölkəsi Türkiyə Respublikası olan müxtəlif növ malların federasiya ərazisinə gətirilməsini nəzərdə tutan xarici iqtisadi əməliyyatlara müvəqqəti olaraq qadağa və ya məhdudiyyət tətbiq edilir.

Həmçinin Türkiyənin yurisdiksiyasında olan təşkilatların Rusiya ərazisində hökumətin müəyyən etdiyi siyahı üzrə ayrıca növ iş və ya xidmət icra etməsinə qadağa və ya məhdudiyyət təbiq edilir.

"Rusiya Federasiyasının milli təhlükəsizliyi və Rusiya vətəndaşlarının cinayətkar və ya digər hüquqazidd əməllərdən qorunmasının təmin edilməsi və Türkiyə Respublikasına qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi üzrə tədbirlər haqqında" fərman ilə, həmçinin Rusiyada 1 yanvar 2016-cı il tarixindən Türkiyə vətəndaşları sırasından olan işçilərin əmək fəaliyyətinə cəlb edilməsi qadağan olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi