Yuxarı
    Bağlamaq

    ​Putin: "Türkiyə bilərəkdən Rusiya ilə münasibətləri dalana sürüyür"

    Beynəlxalq terrorçuluğa qarşı koalisiya yaranacaq və Rusiya Hava-Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatlarını dəstəkləyəcək

    Bakı. 26 noyabr. REPORT.AZ/ "Türkiyə bilərəkdən Rusiya ilə münasibətləri dalana sürüyür".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin səfirlərinin etimadnaməsinin təqdim edilməsi mərasimindəki çıxışında bildirib.

    "Su-24"ün vurulması ilə bağlı indiyədək nə üzrxahlıq edilib, nə də "Su-24"lə bağlı dəyən ziyanın ödənilməsinə dair təklif irəli sürülüb. Beynəlxalq terrorçuluğa qarşı koalisiya yaranacaq və Rusiya Hava-Kosmik Qüvvələrinin Suriyadakı uğurlu əməliyyatlarını dəstəkləyəcək.

    Biz antiterror mübarizəsində özümüzə tərəfdar və müttəfiq bildiyimizin əməlini izahedilməz, kürəyimizə vurulan zərbə hesab edirik", - V.Putin vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi