Putin Tuleyevin istefasını qəbul edib

Putin Tuleyevin istefasını qəbul edib Bakı. 1 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin istefasını qəbul edib.
Region
1 Aprel , 2018 10:36
Putin Tuleyevin istefasını qəbul edib
Foto: "RİA Novosti"

Bakı. 1 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin istefasını qəbul edib.

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Regionun rəhbərliyinin icrası müvəqqəti olaraq vitse-qubernator Sergey Çivilevə tapşırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Kemerovodakı ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verməsi səbəbindən vilayətin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edib. O, öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

"Zimnaya vişnya" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi