Putin Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib

Putin Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib Rusiya prezidenti ABŞ-Rusiya münasibətlərinin böhrandan çıxarılması ilə bağlı birgə əməkdaşlığa ümidvar olduğunu bildirib
Region
9 Noyabr , 2016 13:17
Putin Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib

Bakı. 9 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, iki ölkənin münasibətlərinin böhrandan çıxarılması ilə bağlı birgə əməkdaşlığa ümidvar olduğunu bildirib.

"V.Putin Rusiya-ABŞ  münasibətlərinin böhrandan çıxarılması ilə bağlı, eləcə də aktual beynəlxalq məsələlərin həlli üzrə birgə işlərin görüləcəyinə ümidvar olduğunu bildirib",- teleqramda deyilir. 

Rusiya prezidenti əminliklə bildirib ki, bərabər hüquq, qarşılıqlı hörmət prinsiplərii əsasında Moskva və Vaşinqton arasında konstruktiv dialoqun qurulması hər iki ölkənin xalqları və ümumilikdə bütün dünya ictimaiyyətinin maraqlarına cavab verir. 

Putin Trampa bu məsuliyyətli işində uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi