​Putin Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirir

​Putin Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirir "İclasda Yəməndəki vəziyyət müzakirə olunur"
Region
31 Mart , 2015 21:39
​Putin Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirir

Bakı. 31 mart. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının operativ müşavirəsini keçirir.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibinə istinadən "İnterfax" məlumat yayıb.

"Yəməndəki vəziyyət müzakirə olunur, Lozannada İranın nüvə proqramı ilə bağlı danışıqların gedişatı, Minsk razılaşmalarının həyata keçirilməsi baxımından Ukraynanın cənub-şərqindəki işlərin vəziyyəti ilə əlaqəli məsələlərə toxunulur", - deyə Dmitri Peskov bildirib.

Prezidentin nümayəndəsi qeyd edib ki, iclasda Lozanna danışıqlarında iştirak edən xarici işlər naziri Sergey Lavrovdan başqa Təhlükəsizlik Şurasının bütün daimi üzvləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi