Yuxarı

Putin: "Suriyada Rusiya hərbçilərini təhdid edən qüvvələr məhv ediləcək"

Rusiya prezidenti: Rusiyanın Suriyadakı fəaliyyəti mücərrəd maraqlar yox, ölkəni qorumaq niyyəti üçündür

Bakı. 11 dekabr. REPORT.AZ/ "Suriyada Rusiya Silahlı Qüvvələrini təhdid edən istənilən qüvvələr məhv ediləcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin geniştərkibli kollegiyasında deyib.

"Suriyadakı terrorçular Rusiya üçün birbaşa təhlükədir. Rusiya Federasiyasının Suriyadakı fəaliyyəti mücərrəd maraqlar yox, ölkəni qorumaq niyyəti üçündür", - Putin bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Suriyada terrorçulara ciddi ziyan vurub, onların hərəkətləri isə yüksək qiymətləndirilməlidir.

Dövlət başçısı eyni zamanda Rusiya Silahlı Qüvvələrinə hərəkətlərini İsrail, eləcə də ABŞ-ın başçılıq etdiyi koalisiyanın komanda məntəqələri ilə koordinasiya etməyi tapşırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi