Yuxarı

​Putin: " "Su-24"ün "qara qutusu"nun oxunmasına maraqlı olan bütün tərəfləri çağırmaq lazımdır"

Rusiya hər şeyi detallı şəkildə bilməlidir

Bakı. 09 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bildirib ki, "Su-24" təyyarəsinə məxsus "qara qutu"nun oxunmasına prosesdə iştirak etmək istəyən hər kəsi dəvət etmək lazımdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, Rusiyanın hər şeyi detallı şəkildə bilməli olduğunu qeyd edib.

"Ona görə, bu cihaz üzərində beynəlxalq ekspertlərlə birgə diqqətlə və yüksək peşəkar səviyyədə işləmək lazımdır. Hər ehtimala qarşı, biz bu işdə iştirak etmək istəyən hər kəsi dəvət etməliyik", — deyə prezident bildirib.

Putin, həmçinin diqqətə çatdırıb ki, "qara qutu"nun oxunması zamanı ortaya çıxacaq faktlardan asılı olmayaraq, Rusiyanın insidentə münasibəti dəyişilməz qalacaq.

"Qabaqcadan dərhal demək istəyirəm ki, əlbəttə, bunu bilmək bizə lazımdır, bizim qonşu Türkiyə hakimiyyətinə qarşı münasibətimiz dəyişməyəcək. Biz, bir daha deyirəm, Türkiyəyə təkcə dost ölkə kimi deyil, həm də terrorla mübarizədə müttəfiq kimi yanaşırdıq və heç kim arxadan vurulacaq bax bu alçaq, xain zərbəni gözləmirdi", — deyə prezident müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi