​Putin Silahlı Qüvvələrin ştat sayının artırılması haqda sərəncam imzalayıb

​Putin Silahlı Qüvvələrin ştat sayının artırılması haqda sərəncam imzalayıb ​Sergey Şoyqu ölkəsinin ordusunun döyüş potensialının 32 faiz artdığını bildirmişdi
Region
9 İyul , 2016 01:40
​Putin Silahlı Qüvvələrin ştat sayının artırılması haqda sərəncam imzalayıb

Bakı.9 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin RF Silahlı Qüvvələrində ştat heyətin sayının bir milyon 885 min 371 nəfərə çatdırılması haqda sərəncam imzalayıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

İnformasiyaya görə, 2008-ci ildən mövcud olan sərəncama əsasən, onların sayı bir milyon 884 min 829 nəfər müəyyən edilib.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu ilin mayındakı çıxışında ölkəsinin ordusunun döyüş potensialının 32 faiz artdığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi