Yuxarı
    Bağlamaq

    ​Putin Rusiyanın neft şirkətlərinin rəhbərləri ilə görüşəcək

    Görüş zamanı dünyanın neft bazarındakı vəziyyət müzakirə olunacaq

    Bakı. 29 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ölkənin iri neft şirkətlərinin rəhbərləri ilə görüş keçirəcək.

    "Report" xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti yazıb.

    "Belə bir görüşə hazırlıq gedir", – deyə nəşr prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərini sitat gətirib.

    O, görüşün tarixini açıqlamaqdan imtina edib.

    Qəzetin görüşə dəvət alan mənbələrdən əldə etdiyi məlumata görə, görüşün konkret gündəliyi məlum deyil. Lakin görüş zamanı dünyanın neft bazarındakı vəziyyətin müzakirə olunacağı gözlənilir. Görüş iştirakçılarının, həmçinin OPEK-lə razılaşma əldə olunacağı təqdirdə neft hasilatının dondurulmasını müzakirə edəcəkləri bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi