​Putin: "Rusiya və Qazaxıstanın Xəzər dənizində neft hasilatı ilə bağlı böyük planları var"

​Putin: "Rusiya və Qazaxıstanın Xəzər dənizində neft hasilatı ilə bağlı böyük planları var" Şirkətlərə karbohidrogen yataqlarının işlənməsinə imkan yaradan Xəzərin şimal hissəsinin dibinin bölünməsi ilə bağlı saziş imzalanıb
Region
15 Oktyabr , 2015 13:24
​Putin: Rusiya və Qazaxıstanın Xəzər dənizində neft hasilatı ilə bağlı böyük planları var

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiya və Qazaxıstanın Xəzərdə birgə neft hasilatı ilə bağlı böyük planları var.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Bizim Xəzər dənizində birgə neft hasilatı üzrə böyük planlarımız var", - Putin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdən sonra bildirib.

Rusiya prezidenti Rusiya ərazisindən xarici bazarlara Qazaxıstan neftinin keçdiyini xatırladıb. O, əlavə edib ki, şirkətlərə böyük karbohidrogen yataqlarının işlənməsinə başlamaq üçün imkan yaradan Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi