Putin: "Rusiya və ABŞ arasında miqyaslı münaqişə olsaydı, heç kim sağ qalmazdı" - VİDEO

Putin: "Rusiya və ABŞ arasında miqyaslı münaqişə olsaydı, heç kim sağ qalmazdı" - VİDEO "Bizi ağ nəleyində qəbrə qoyuncayadək ümid var"
Region
7 İyun , 2017 03:56
Putin: Rusiya və ABŞ arasında miqyaslı münaqişə olsaydı, heç kim sağ qalmazdı - VİDEO
Showtime

Bakı. 7 iyun. REPORT.AZ/ Rusiya və ABŞ arasında açıq və miqyaslı silahlı münaqişə olsaydı, heç kim sağ qalmazdı.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu amerikalı kinorejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

Oliver Stoun Rusiya lideri ilə təkbətək söhbət əsasında dördseriyalı sənədli film çəkib. Ekran əsəri 12-15 iyun tarixlərində ABŞ-ın "Showtime" telekanalında nümayiş olunacaq.

"Düşünürəm ki, heç kim sağ qalmazdı", - deyə Putin "Moskva və Vaşinqton arasında qarşıdurma qaynar hərbi mərhələyə keçsəydi, ABŞ üstünlük əldə edə bilərdimi?" sualına cavabında bildirib.

Bundan əlavə, Stoun Donald Trampın prezident seçilməsinin Rusiya-Amerika münasibətlərinin yaxşılığa doğru dəyişməsinə ümid verib-vermədiyi ilə maraqlanıb.

"Ümid həmişə var. Bizi ağ nəleyində qəbrə qoyuncaya qədər", - deyə Putin cavab verib.

Son xəbərlər

Orphus sistemi