​Putin: "Rusiya iqtisadi tənəzzülü demək olar ki, adlayıb"

​Putin: "Rusiya iqtisadi tənəzzülü demək olar ki, adlayıb" Makroiqtisadi stabilliyi təmin etmək və inflyasiyanı azaltmaq mümkün olub
Region
16 İyun , 2016 22:16
​Putin: Rusiya iqtisadi tənəzzülü demək olar ki, adlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiya iqtisadi tənəzzülü demək olar ki, adlayıb, makroiqtisadi stabilliyi təmin etmək və inflyasiyanı xeyli azaltmaq mümkün olub.

"Report" xəbər verir ki, bunu prezident Vladimir Putin Rusiyanın Birbaşa İnvestisiya Fondunun Beynəlxalq Ekspert Şurasının üzvləri və beynəlxalq investisiya birliyinin nümayəndələri ilə görüşü zamanı bildirib.

"Biz demək olar ki, tənəzzülü adlamışıq, artım trayektoriyasına çıxmaq üçün baza şəraiti yaradılıb, makroiqtisadi stabilliyi təmin etmək mümkün olub, inflyasiya xeyli azalıb", — deyə Rusiya prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi