Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib

Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib Bakı. 18 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin hökumətin yeni tərkibini təsdiqləyib.
Region
18 May , 2018 15:32
Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib

Bakı. 18 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin hökumətin yeni tərkibini  təsdiqləyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı hökumət üzvlərinin əksəriyyətini dəyişməyib.

Belə ki, xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, mədəniyyət naziri Vladimir Medinskiy, ədliyyə naziri Aleksandr Konovalov, müdafiə naziri Sergey Şoyqu, sənaye və ticarət naziri Denis Manturov, idman naziri Pavel Kolobkov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, əmək və əhalinin sosial müdafiəsi naziri Maksim Topilin və energetika naziri Aleksandr Novak yenidən hökumətin tərkibində yer alıblar.

Rusiyanın kənd təsərrüfatı, təbii sərvətlər və tikinti nazirlər isə dəyişib. V.Putinin sərəncamı ilə Dmitriy Patruşev kənd təsərrüfatı, Vladimir Yakuşev tikinti, Dmitriy Kobılkin isə təbii sərvətlər nazir təyin olunub. 

Son xəbərlər

Orphus sistemi